Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron zərbələrini pisləyib
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana zərbə endirməsini və Türkiyəyə qarşı PUA hücumu cəhdini qətiyyətlə pisləyib.
BAKU.WS-in nazirliyə istinadən yaydığı məlumata görə, açıqlamada bildirilir ki, iki ölkəyə qarşı həyata keçirilən bu addımlar və İranın region dövlətlərinə yönəlmiş təkrarlanan aqressiv davranışları əsassız və qəbuledilməz siyasətin göstəricisidir. Sənəddə vurğulanır ki, bu cür hərəkətlər beynəlxalq hüquq normalarına və mehriban qonşuluq prinsiplərinə ziddir, eyni zamanda bölgədə gərginliyin artmasına səbəb olur.
Nazirlik bəyan edib ki, Səudiyyə Ərəbistanı Türkiyə və Azərbaycanla, onların hökumətləri və xalqları ilə həmrəy olduğunu bildirir. Krallıq hər iki ölkənin öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququnu dəstəklədiyini qeyd edib. Eyni zamanda, regionda sabitliyin və təhlükəsizliyin qorunmasına yönəlmiş səylər yüksək qiymətləndirilib.
Oxşar xəbərlər
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti məlu...