Sergey Şoyqu Qarabağda atəşkəsə nəzarət məqsədi ilə yaradılacaq Rusiya-Türkiyə birgə monitorinq mərkəzi haqqında danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarətə dair birgə monitorinq mərkəzinin yaradılacağı yerlə bağlı razılaşdırmanı başa çatdırırlar.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə Dağlıq Qarabağdakı Rusiya humanitar missiyası ilə bağlı keçirilən müşavirədə bildirib.
"Azərbaycan ərazisində atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara nəzarətlə bağlı birgə Rusiya-Türkiyə mərkəzinin yaradılması haqqında memorandumun həyata keçirilməsi çərçivəsində Türkiyə tərəfi ilə mərkəzin yeri və icra edəcəyi vəzifələrin razılaşdırılması başa çatır", - deyə Rusiya müdafiə naziri vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...