Serdar Ortaç: "Onsuz da hər şeyi itirmişəm, evim yansa dönüb baxmaram" - FOTO

Serdar Ortaç: Onsuz da hər şeyi itirmişəm, evim yansa dönüb baxmaram - FOTO
Siyasət 176

Məşhur müğənni Serdar Ortaç Harbiyedə verdiyi konserti zamanı "Sərxoş oldum" sözlərini söyləyib.

BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında canlı yayım açaraq bununla bağlı danışıb.

İfaçı son beş il ərzində hər şeyini itirdiyini açıqlayıb:

"Hər şeyi itirdim. Sağlamlığımı itirməyim deyə düşünürdüm, onu da itirdim. Qardaşım, atam, orkestrmdakı ən sevimli gitaraçım öldü. Bütün bunlar beş il ərzində baş verib. Boşanmışam, o həyatımdakı ən yüngül hadisə idi.

Mənim itirəcək heç nəyim yoxdur. Evim yansa, geriyə baxmaram. Mən səhv etdiyimi bilirəm. İçməsəm səhv etmirəm, əminəm.

İçkiyi buraxdığım gün ağrılarımın da azalacağını düşünürəm".

Son xəbərlər