Serbiyalı mütəxəssislər Bakıda: Azərbaycanın hərbi təhsil sistemi öyrənilir
Azərbaycan və Serbiya respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, adıçəkilən ölkənin Müdafiə Nazirliyinin (MN) nümayəndə heyəti ölkəmizə səfər edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan MN-i məlumat yayıb.
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda keçirilmiş görüş zamanı nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi zamanı qazanılan təcrübədən bəhs edən "Münaqişənin geosiyasi aspektləri" mövzusunda brifinq təqdim olunub. Sonra Azərbaycan Ordusunun hərbi təhsil sistemi və tədris prosesi barədə geniş məlumat verilib.
Görüşdə həmçinin tərəflər hər iki ölkənin hərbi təhsil sistemi, təhsil müəssisələrinin fəaliyyətləri və bu sahədə tətbiq olunan müasir yanaşmalar barədə qabaqcıl təcrübələrdən danışıblar, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.
Qalereya
Oxşar xəbərlər
Ceyhun Bayramovun Rusiya və Ukrayna səfərləri Azərbaycanın etibarlı tərəfdaş imicini gücləndirir - RƏY
Xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya və Ukraynaya rəsmi səfəri diplomatik gediş kimi Azərbaycanın hər iki tərəflə konstruktiv və güclü münasibətlər sa...