Serbiyada 7-ci sinif şagirdi məktəbə silahlı hücum etdi - 9 nəfər öldü

Serbiyada 7-ci sinif şagirdi məktəbə silahlı hücum etdi - 9 nəfər öldü
Siyasət 197

Serbiyanın paytaxtı Belqrad şəhərində orta məktəbdə silahlı insident baş verib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı məktəbin 7-ci sinif şagirdi ətrafdakılara atəş açmağa başlayıb. Nəticədə 1-i mühafizəçi, 8-i şagird olmaqla 9 nəfər həlak olub.

Məlumata görə, yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb. Hadisəni törədən şagirdin atasınının silahından istifadə etdiyi bildirilib.

Son xəbərlər