Serbiya XİN: "Birgə Bəyannamə Cənubi Qafqazda davamlı sülh və firavanlıq yolunda mühüm addımdır"
Yeniliklərdən dərhal xəbərdar olun
Serbiya avqustun 8-də ABŞ-nin himayəsi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannaməni alqışlayır və hər iki tərəfin konstruktiv fəaliyyətini yüksək qiymətləndirir.
Bu barədə Serbiya Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilir.
Bu uğurun əldə edilməsində ABŞ Prezidenti Donald Trampın çox mühüm rolu xüsusi vurğulanır.
"Birgə Bəyannamə Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlıq yolunda mühüm addımdır. Serbiya qarşılıqlı hörmət və beynəlxalq hüquq və qaydaya tam riayət əsasında bütün ölkələr arasında dinc dialoq, regional əlaqə və genişləndirilmiş əməkdaşlığın tərəfdarı olmaqda davam edəcək", - deyə paylaşımda qeyd olunur.
Oxşar xəbərlər
Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsinin layihəsinə rəy verib
Hesablama Palatası "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəy verib. BAKU.WS bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, qurumun səd...