Səməd Seyidov: “Avropa Parlamentinin qərəzli qətnaməsi qorxaqlıq və gücsüzlük göstəricisidir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropa Parlamentinin qərəzli qətnaməsi qorxaqlıq, gücsüzlük, islamafob qətnamədir”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin payız sessiyasının oktyabrın 6-da keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə müdaxilə etmək imkanları əlindən alınıb: “Bu qətnamə həmin qüvvələrin gücsüzlüyünü, qorxaqlığını göstərən qətnamədir. Heç bir qətnamə Azərbaycana təsir edə bilməz. Bu qətnamə də əvvəlki qətnamələr kimi tarixin zibilliyinə atılacaq”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...