Səməd Seyidov: Avropa Parlamenti əvvəlcədən hazırlanmış qətnaməni təqdim edib
Dünən Avropa Parlamentindən mənə zəng gəldi. Həmin şəxs mənə dedi ki, onlar başqa məqsədlə bu məsələni gündəmə gətirirlər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin sədri Səməd Seyidov Milli Məclisin plenar iclasında deyib.
"Mənə sülh və əməkdaşlıqdan danışmaq istədiyini bildirdi. Həmin zəng zamanı aydın oldu ki, onlar artıq əvvəlcədən hazırlanmış və qəbul olunacağı bəlli olan qətnaməni təqdim etmək niyyətindədirlər", - o qeyd edib.
Deputat bildirib ki, Vaşinqtonda 8 avqustda keçirilmiş görüş və əldə olunmuş razılaşma da regionda sülh üçün mühüm dönüş nöqtəsi oldu, amma Avropa Parlamenti bu barədə susur, heç bir obyektiv münasibət bildirmir:
"Onlar Cənubi Qafqazda illərlə gözlənilən sülh prosesinə töhfə verməlidirlər. Bizimlə dialoqa dəvət etməli, obyektiv yanaşmalı və konstruktiv əməkdaşlıq qurmalıdırlar. Lakin təəssüf ki, Avropa Parlamenti tamam başqa bir mövqedən çıxış edir. Bu qurum, əslində, Avropanın bu gün düşdüyü dərin böhranın bir güzgüsüdür".
Oxşar xəbərlər
Ukrayna Prezidenti dəstəyə görə Azərbaycana təşəkkür edib
Ukrayna Rusiyanın silahlı təcavüzü şəraitində göstərilən həmrəylik və praktiki dəstəyə görə Azərbaycana təşəkkür edib. BAKU.WS xəbər verir ki, bu, Ukraynanın Pr...