Sel turistlərə qorxulu anlar yaşatdı - FOTO

Sel turistlərə qorxulu anlar yaşatdı - FOTO
Siyasət 0

Türkiyənin Muğla şəhərində kəskin yağan yağışlar daşqınlara səbəb olub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bölgəyə gələn turistlər də qorxu dolu anlar yaşayıblar.

Şəhərin Ortaca adlı ərazisində daşqın səbəbi ilə 3 mikroavtobus və 2 karavan bir neçə metr sürüşməyə başlayıb. Dəniz qəhvəyi rəngə çevrilib. Sel həyatı iflic edib. Əraziyə axtarış-xilasetmə qrupları və polislər cəlb edilib.

Daşqınların baş verdiyi bölgədən 15 turist təxliyyə edilib.

Sel turistlərə qorxulu anlar yaşatdı - FOTO

Son xəbərlər