ABŞ-də leysan yağışlar - Nyu-York sel suları altında - FOTO

ABŞ-nin şimal-şərqini təsiri altına alan leysan yağışlar daşqınlara səbəb olub.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-York və Vermont ştatlarında çaylar daşıb, bir çox yollar su altında qalıb, bəzi nöqtələrdə çökmələr baş verib.
Nyu-Yorkda sel sularının ortasında qalan qadın həyatını itirib.
Ştatda daşqın Nyu-Yorkun şimalındakı Hudson çayı ətrafında, o cümlədən ABŞ Hərbi Akademiyasının yerləşdiyi Orinc qraflığındakı Vest-Poyntda baş verib.
Sel fəlakəti nəticəsində ayrı-ayrı bölgələrdə evlər, iş yerləri, yollar və maşınlar su altında qalıb. Məlumata görə bu səbəbdən infrastuktura milyonlarla dollar ziyan dəyib.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə baş verən sel fəlakətində ölənlərin sayı artdı - FOTO - YENİLƏNİB
Türkiyənin Adıyaman və Şanlıurfa vilayətlərində baş vermiş sel fəlakəti nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər v...
