Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO
Səhiyyə Nazirliyinin rəhbər şəxsləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.
Ümummilli liderin vəfatının 20-ci ildönümü ilə əlaqədar bu gün Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini hörmət və ehtiramla anaraq, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. “Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyi və nazirliyin tabeliyində olan qurumları tərəfindən Bakı şəhərində və respublikanın bölgələrində tədbir və beynəlxalq elmi-praktik konfranslar keçirilib.
Ümummilli lider Heydər Əliyev Azərbaycan səhiyyəsinə və tibb işçilərinə həmişə xüsusi diqqət və qayğı göstərib. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrların hazırlanması məhz ulu öndərin adı ilə bağlıdır.
Qalereya
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...