Səfirdən Xocavənddəki terror aktına reaksiya: Bu minalar yaxın zamanda yerləşdirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Təkcə bu gün erməni separatçılarının Qarabağda yerləşdirdiyi minaların partlaması nəticəsində 6 Azərbaycan vətəndaşı həlak olub. Bu minalar yaxın zamanda yerləşdirilib. Bəzi dövlətlər və beynəlxalq təşkilatlar niyə susur?".
BAKU.WS xəbər verir ki, bu fikirlər Azərbaycanın İrandakı səfiri Əli Əlizadənin "X" hesabındakı paylaşımında yer alıb.
Diplomat qeyd edib ki, onlar yalnız saxta ərzaq blokadasından danışırlar, halbuki 2020-ci ilin noyabr ayından indiyədək 314 nəfər Ermənistan tərəfindən Azərbaycan ərazilərinin mina blokadasının qurbanı olub:
"Üstəlik, bu minalar yaxın zamanda yerləşdirilib, çünki bu yollar istehkamçılar tərəfindən dəfələrlə yoxlanılıb və hər gün oradan çoxlu sayda maşın keçir", - paylaşımda vurğulanıb.
[media=https://x.com/Ali_F_Alizada/status/1704043986795594221?s=20]
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...