Səfir: Füzulidə TDT liderlərinin iştirakı ilə məscidin təməlinin qoyulması mühüm tarixi hadisədir

Səfir: Füzulidə TDT liderlərinin iştirakı ilə məscidin təməlinin qoyulması mühüm tarixi hadisədir
Siyasət 35

Füzulidə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin liderlərinin iştirakı ilə məscidin təməlinin qoyulması mərasiminin keçirilməsi bütün Türk dünyası üçün mühüm tarixi hadisədir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov Fizuli şəhərində məscidin təməlqoyma mərasiminə həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, bu hadisə təkcə Türk dövlətlərinin birliyini və qardaşlığını simvolizə etmir, həm də bütün İslam dünyası üçün dərin mənəvi əhəmiyyətə malikdir.

Səfir xatırladıb ki, avqustun 22-də Aşqabadda Türkmənistan-Azərbaycan-Özbəkistan formatında üçtərəfli görüş zamanı türkmən xalqının milli lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Azərbaycan Prezidenti İlham Əliyev məscidin layihəsi ilə tanış olub və onun təməlqoyma mərasiminin Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci sammiti çərçivəsində keçirilməsi barədə razılığa gəliblər.

"Türk Dövlətləri Təşkilatının üzvü olan dövlətlərin liderlərinin iştirakı ilə Füzulidə məscidin təməlqoyma mərasiminin keçirilməsi bütün Türk dünyası üçün mühüm tarixi hadisədir. Eyni zamanda, işğaldan azad edilmiş Füzuli şəhərində məscidin təməlinin qoyulmasının bütün İslam dünyası üçün əhəmiyyətini vurğulamaq istərdim. Bu məscidin məhz Füzulidə tikilməsi Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasının simvoludur", - o əlavə edib.

Son xəbərlər