Səfir: Azərbaycan və Peru əlaqələrinin daha da təkmilləşdirilməsinə ehtiyac var

Azərbaycanla Peru arasında əlaqələr pozitivdir və bu münasibətlərin daha da təkmilləşdirilməsinə ehtiyac olduğu üçün fəaliyyətlər davam edir.
Bunu Perunun Azərbaycandakı qeyri-rezident səfiri Sezar Auqusto de las Kasas Dias ölkəsinin Milli Günü ilə əlaqədar Ankaradakı iqamətgahında təşkil etdiyi ziyafət çərçivəsində "Report"un Türkiyə bürosuna açıqlamasında bildirib.
Səfir deyib ki, sentyabr-oktyabr aylarında Azərbaycana səfər etməyi planlaşdırır.
Diplomat bu aylarda Bakıda keçiriləcək beynəlxalq sərgilərdə iştirak üçün dəvət aldığını da deyib:
"Bakıda Perunun marka və investisiyalarını tanıtmaq, təbliğ etmək marağındayıq. Səfər çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - (AZPROMO), eləcə də digər müxtəlif dövlət qurumları ilə müvafiq əməkdaşlıq imkanlarının müzakirəsini planlayırıq. Səfərimiz zamanı Peru mədəniyyətinin təbliği üçün mədəniyyət fəaliyyətlərimizlə bağlı müzakirələr də gözlənilir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev iraqlı həmkarına başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidə başsağlığı məktubu ünvanlayıb. BAKU.WS xəbər verir ki, məktubda deyilir: "Hörmətli cə...