Səfərbərlikdən qaçan rusiyalılar Gürcüstanla sərhəddə tıxac yaradıblar – VİDEO

22
sen
2022
08:29
Rusiya Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsi əhali tərəfindən heç də birmənalı qarşılanmayıb. Vətəndaşların bir qismi mövcud vəziyyətə etiraz etsələr də, digər bir qismi çıxış yolunu ölkəni tərk etməkdə tapıb.
BAKU.WS "0xu.az"a istinadən xəbər verir ki, dövlət başçısının məlum çıxışından sonra rusiyalıların ölkədən kütləvi qaçışı başlayıb. Qonşu ölkələrə üz tutan rusiyalılar Gürcüstanla sərhəddə tıxaca səbəb olublar.
Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.
Rusiya-Finlanfiya sərhədində də analoji vəziyyətin hökm sürdüyü bildirilir.
Oxşar xəbərlər
Çavuşoğlu: "Rusiyanın qismən səfərbərlik qərarı durumun ciddiliyini göstərir"
“Rusiyanın qismən səfərbərlik qərarı və Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərində referendum elan edilməsi durumun ciddiliyini göstərir”. BAKU.WS “re...
