Səfərbərlik Xidmətinin hərbi qulluqçularının maaşları artırılıb
27
yan
2025
17:34
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.
Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Oxşar xəbərlər
Kritik qərar anı: Tehran son anda həmlə edəcək?
ABŞ Trampın İrana verdiyi 10 günlük vaxt bitir. Vaşinqtonun təbiri ilə desək, Tehran ya razılaşmaya gəlməli, ya da Hörmüz boğazını yenidən açmalıdır. BAKU.WS xə...