Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək
Tacikistan Prezidenti Emoməli Rahmon Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeddinci sammitində iştirak edəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, Emoməli Rahmon artıq Azərbaycana yola düşüb.
Bu barədə Tacikistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Müşayiət edən nümayəndə heyətinin tərkibində xarici işlər naziri, prezidentin xarici əlaqələr və iqtisadi məsələlər üzrə köməkçiləri, Təhlükəsizlik Şurasının katibi və digər rəsmi şəxslər olacaq.
Xatırladaq ki, AQEM-in VII sammiti təşkilata üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə oktyabrın 15-də Bakıda keçiriləcək.
Oxşar xəbərlər
Laos AQEM-ə üzv qəbul edilib
Bakıda Laos Xalq Demokratik Respublikasının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzvlüyü ilə əlaqədar imzalanma mərasimi keç...