Səfər Əbiyevdən xaricə köçməsi xəbərinə REAKSİYA: "Ay kişi, nə istəyirsən?"
"Qardaşım uzun müddət xəstə idi, həmin xəstəlikdən vəfat etdi".
BAKU.WS xəbər verir ki, bu sözləri qardaşının ölüm xəbərinin yayılması ilə bağlı Manset.az-a açıqlamasında sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bildirib.
Keçmiş nazir vətəndən xaricə köçməsi ilə bağlı sualı eşidərkən əsəbiləşib:
"Ay kişi, nə istəyirsən sən? Yazırlar ki, Əbiyev xaricə köçdü. Mən heç yerə köçməmişəm, vətənimdəyəm".
"Hazırda nə işlə məşğulsunuz?" sualına isə Səfər Əbiyev belə cavab verib:
"Jurnalistlər bir çox suallara cavab axtarırlar. Hazırda öz işlərimlə məşğulam, nəvələrimlə oynayıram. Bəsdir, sual verdin!" - deyə keçmiş müdafiə naziri bildirib.
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli şəxs CƏRİMƏLƏNDİ
"Mərkəzi Nəbatat Bağı" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov cərimələnib. BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sos...