Seda Sayandan danışan Demet Akalın: "İşimizi əlimizdən aldı" - VİDEO

Seda Sayandan danışan Demet Akalın: İşimizi əlimizdən aldı - VİDEO
Video
Siyasət 68

"TV8" kanalında yayımlanan "Demet ve Jess'le Gel Konuşalım" programının ötən buraxılışı qalmaqallı açıqlamalarla yadda qalıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, müğənni Alişanla proqram aparan Demet Akalın, həmkarı Seda Sayanın kanalla razılaşaraq proqramı onların əlindən aldığını bildirib:

"Biz Alişanla bir mövsüm aparıcılıq etdik. O da Seda bacı işimizi əlimizdən alana qədər oldu. Əvvəl mənə "Nə əlaqəsi var uşaqlar. Belə dedi-qodulr var. İnanmayın" dedi. Həmin vaxt mən Mayamiyə gedəcəkdim. Mənə heçnə olmadı. Ama yazıq Alişan bunu ona heç yaraşdırmadı. Sonra Seda bacıdan mənə mesaj gəldi. Dedi ki, "Sabahların sultanı" olaraq mən gəlirəm. Dedim ki, yaxşı... Televiziya sahəsi bizim sənət aləmindən daha da pisdir".

Son xəbərlər