SAXAL HƏMAS-ın daha bir liderinin öldürüldüyünü AÇIQLADI

SAXAL HƏMAS-ın daha bir liderinin öldürüldüyünü AÇIQLADI
Siyasət 77

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın silahlı qanadının lideri Məhəmməd əl-Deifin öldürüldüyünü açıqlayıb.

Bu barədə TASS məlumat yayıb.

"İyulun 13-də İsrail qırıcıları Qəzza zolağının cənubundakı Xan Yunis bölgəsinə zərbələr endirib. Kəşfiyyat qiymətləndirilməsi bizə Əl-Deifin öldürüldüyünü təsdiqləməyə imkan verir",-deyə SAXAL-ın məlumatında qeyd edilir.

Qeyd edək ki, Məhəmməd Əl-Deif 2002-ci ildən, sələfi Salah Şəhadənin ölümündən sonra HƏMAS-ın hərbi qanadına rəhbərlik edib.

Son xəbərlər