Sarkisyan təmas xəttində - Azərbacanın işğaldan azad etdiyi ərazilər müzakirə olundu

Sarkisyan təmas xəttində - Azərbacanın işğaldan azad etdiyi ərazilər müzakirə olundu
Siyasət 1332
 

Bu gün Azərbaycanın işğal olunmuş ərazisinə - Qarabağa gələn Ermənistan prezidenti Serj Sarkisyan birbaşa təmas xəttinə yola düşüb.

BAKU.WS Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan prezidenti cəbhənin cənub istiqamətinə - Füzuli və Cəbrayıl rayonuna gəlib. Məlumata görə, Sarkisyan yüksək rütbəli erməni zabitlərinin iştirakı ilə müşavirə keçirib, təmas xəttinin həmin istiqamətindəki vəziyyətini müzkirə edib.

Qeyd edək ki, aprelin əvvəlində Azərbaycan ordusu təmas xəttinin həmin istiqamətində düşmən təxribatının qarşısı alaraq əks-hücumla stratji əhəmiyyətli Lələtəpə yüksəkliyini və ümumilikdə işğal olunmuş Azərbaycan ərazisinin bir faizini azad edib. Düşmən ordusu həmin döyüşlərdə çoxlu canlı qüvvə və hərbi texnika itirərək geri çəkilib. 

BAKU.WS

Son xəbərlər