Sarıbay: Azərbaycanın sədrliyi AQEM-ə Asiyada təhlükəsizliyi gücləndirməyə imkan verəcək
Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi təşkilata regionda və onun xaricində təhlükəsizliyin gücləndirilməsində daha əhəmiyyətli nəticələr əldə etməyə imkan verəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə AQEM-in Baş katibi Kayrat Sarıbay Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşün yekunlarına dair "X" sosial şəbəkəsində bildirib.
"Liderlərin yeni təşəbbüslərinin konkret əməkdaşlıq layihələrində necə reallaşdırılacağı barədə fikir mübadiləsi apardıq. Əminəm ki, Azərbaycanın sədrliyi altında AQEM Asiyada və onun xaricində təhlükəsizliyin gücləndirilməsində daha əhəmiyyətli nəticələr əldə edə biləcək", - o yazıb.
Xatırladaq ki, oktyabrın 15-də Bakıda 50-dən çox nümayəndə heyətinin iştirakı ilə AQEM-in VII Zirvə Görüşü keçirilib. Görüşün yekunlarına əsasən, Azərbaycanın AQEM-ə sədrliyi daha iki il müddətinə uzadılıb.
Delighted to meet w/ FM @Bayramov_Jeyhun 🇦🇿 to wrap up 7th #CICA_Summit Exchanged views on translating Leaders’ new initiatives into practical cooperation projects Confident, under #AzChairmanship #CICA is well-positioned to achieve greater impact on security in #Asia & beyond https://t.co/8eecAhHh0g
— Kairat Sarybay (@KairatSarybay) October 16, 2026
Oxşar xəbərlər
Şavkat Mirziyoyev: "SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Britaniyanın "British Petroleum" (BP) şirkəti Özbəkistanın Üstyurt bölgəsində altı blokda geoloji-kəşfiyyat işləri həy...