Sankt-Peterburqda MDB dövlət başçılarının iclası keçirilib, İlham Əliyev iclasda iştirak edib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 26-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının iclası keçirilib.
BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
***16:49
Rusiyanın Sankt-Peterburq şəhərindəki Boris Yeltsin adına Prezident Kitabxanasında MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.
Bildirilir ki, görüş Putinin təşəbbüsü ilə həyata keçirilir.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin, Belarusun dövlət başçısı Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin ŞƏT sammitində çıxışının tam mətni – YENİLƏNİB - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxış edib. Prezident İlham Əliyevin çıxışı: “Hörmətli Şavkat Miromonoviç. Hörmətli...