“Samsung” yeni smartfonu elan etdi
“Samsung” şirkəti yeni “Galaxy M51” smartfonunu elan edib.
BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, smartfon 32 meqapiksellik ön kamera üçün yerə malik 6,7 düymlük “Super AMOLED” displeyi ilə təchiz edilib. İstehsalçı yeni qurğudakı 8 nüvəli prosessorun modelini açıqlamayıb. Aparat 6 QB əməli yaddaş və 128 QB-lıq daxili yaddaşla (artırıla bilər) təchiz edilib.
“Galaxy M51” smartfonunda düzbucaqlı arxa kamera blokuna 81 dərəcə baxış bucağı və f/1.8 diafraqmasına malik 64 mp-lik sensor, 12 mp-lik təsvir ölçüsünə və f/2.2 (123°) aperturasına malik genişbucaqlı modul, həmçinin təsvir ölçüləri 5 mp olan makroçəkiliş üçün modul və dərinlik sensoru daxildir.
Qurğu 25 vatlıq sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 7000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
“Samsung Galaxy M51” artıq Almaniyada ilkin sifariş üçün əlçatandır və qiyməti 360 avro təşkil edir.
Oxşar xəbərlər
“iPhone 12” smartfonunun təxmini dəyəri açıqlanıb
İnsayderlər “iPhone 12” qurğusunun təxmini dəyərini açıqlayıblar. BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, “iPhone 12” smartfonunun standart versiyasının qi...