Salmandan Haşoqqi cinayəti ilə bağlı ETİRAF - VİDEO
26
sen
2019
15:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda öldürülən jurnalist Camal Haşoqqi cinayəti ilə bağlı etiraf edib.BAKU.WS “İnternethaber.com”a istinadən xəbər verir ki, 1 oktyabrda “PBS” telekanalında yayımlanacaq telejurnalist Martin Smitin reportajın anonsunda Salmanın həmin cinayətin məsuliyyətini öz üzərinə götürdüyü qeyd edilib.Məsələ ilə bağlı S.Ərəbistanın Xarici İşlər naziri Adil əl-Cübeyr isə BMT-nin panel müzakirələrində Haşoqqi cinayətinin hökumətin icazəsi olmadan baş verdiyini bildirib:
“Cinayət hökumət agentləri tərəfindən törədilib. Amma onlar bunu icazəsiz ediblər”.O, cinayətlə bağlı istintaqın davam etdiyini, 5 nəfərin ölüm hökmü ilə ittiham edildiyini söyləyib.Qeyd edək ki, “Vaşinqton Post” qəzetinin köşə yazarı olan səudiyyəli jurnalist Camal Haşoqqi ötən il 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib.Fərid ƏDALƏT
Oxşar xəbərlər
Haşoqqinin ölümündən bir neçə dəqiqə əvvəl ŞOK dialoqu - KİV-də ilk dəfə yayılır
Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçı (Haşoqqi) ilə qatilləri arasında baş tutan dialoqun məzmunu açıqlanıb....