Şahin Mustafayev: "Zəngəzur dəhlizi Naxçıvanın digər bölgələrlə inteqrasiyasına xidmət edəcək"
"Zəngəzurdan keçən yol Naxçıvanın Azərbaycanın digər bölgələri ilə daha sıx inteqrasiyasına xidmət edəcək".
BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunu baş nazirin birinci müavini Şahin Mustafayev Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.
O bildirib ki, razılaşmaların əhəmiyyətli hissələrindən biri də Azərbaycanın Naxçıvan Muxtar Respublikası (MR) ilə maneəsiz hərəkətinin təmin edilməsinin nəzərdə tutulmasıdır:
"Bu razılaşma Naxçıvanın Azərbaycanın digər bölgələri ilə daha sıx inteqrasiyasına xidmət edəcək. Avropa və Asiya arasında mühüm nəqliyyat vasitəsi olan Zəngəzurdan keçən yol iqtisadi əlaqələrin genişlənməsinə imkan verəcək".
Oxşar xəbərlər
Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib
Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu gün 979 ton "Aİ 92" markalı avtomobil yana...