Şahin Mustafayev Rusiya hökümətinin sədr müavini ilə ikitərəfli məsələləri müzakirə edib
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiya hökümətinin sədr müavini Marat Xusnullinlə görüşüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, işgüzar görüş Kazan Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.
Görüşdə Azərbaycan-Rusiya ikitərəfli iqtisadi münasibətləri və qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə olunub.
Görüşdən sonra Azərbaycan və Rusiya baş nazirinin müavinləri Kazanforum 2026-nın plenar iclasında spiker kimi iştirak ediblər. Şahin Mustafayev Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində iştirakı barədə çıxış edib.
Qeyd edək ki, Şahin Mustafayev bu gün Kazan forumu çərçivəsində Rusiya Baş nazirinin müavini Aleksey Overçukla da görüş keçirib.
Oxşar xəbərlər
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə gör...