Şahin Mustafayev İranın yol və şəhərsalma nazirinə zəng etdi
Azərbaycan Respublikası Baş nazirinin müavini və Azərbaycan-İran Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevlə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında telefon danışığı baş tutub.
BAKU.WS xəbər verir ki, Şahin Mustafayev telefon danışığı zamanı İranın keçmiş Ali lideri Əli Xameneinin və çox sayda insanın ölümü ilə bağlı başsağlığı verib.
Baş nazirin müavini bu ağır itki ilə əlaqədar İran xalqı və dövləti ilə həmrəy olduğunu, onların kədərini bölüşdüyünü ifadə edib.
Telefon danışığı əsnasında həmçinin iki ölkə arasında keçirilmiş Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının son iclasında əldə olunmuş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb və lazımi koordinasiya məsələləri müzakirə edilib.
Oxşar xəbərlər
"Qafqaz qartalı - 2026" hərbi təlimi nəyə hesablanıb? - Üç ölkənin verdiyi mesaj
Baku TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının Tbilisi yaxınlığındakı Muxrovani bazasın...