Sahibə Qafarova Serbiyada səfərdədir
01
iyn
2026
17:30
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Serbiyaya işgüzar səfərə gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Belqrad şəhərinin Nikola Tesla beynəlxalq hava limanında spikeri Serbiya Milli Assambleyasının Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Duşan Mariç, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərdə məqsəd Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak etməkdir.
Qalereya
Oxşar xəbərlər
Dövlət Departamenti Konqresi Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırıb
ABŞ Dövlət Departamenti Konqresə Azərbaycanın "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərdən azad edilməsinin müddətinin uzadılm...