Sahibə Qafarova Çində səfərdədir
24
mar
2026
15:42
Milli Məclisin sədri Sahibə Qafarova Asiya naminə Boao Forumunda iştirak etmək üçün Çinin Boao şəhərində işgüzar səfərdədir.
Bu barədə BAKU.WS-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Qionghai Boao beynəlxalq hava limanında Milli Məclisin sədrini Hainan Əyalətinin vitse-qubernatoru Yanq Quigianq, Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spiker Sahibə Qafarovanın Asiya naminə Boao Forumunun rəsmi açılış mərasimində çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.
Oxşar xəbərlər
Netanyahu: Tramp İranla maraqlarımıza uyğun razılaşma üçün imkanın olduğuna əminlik ifadə edib
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "The Times...