Şahbaz Şərif İlham Əliyevə təşəkkür edib

Şahbaz Şərif İlham Əliyevə təşəkkür edib
Siyasət 70

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəsində fəaliyyətə başlayan ilk "ASAN xidmət" mərkəzinin yaradılmasına verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.

BAKU.WS Pakistan mediasına istinadən xəbər verir ki, hökumət başçısı bu fikirləri mərkəzin rəsmi açılış mərasimində səsləndirib.

O, "ASAN xidmət" modelini vətəndaşlara yönəlmiş idarəetmənin, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinin və biznes prosedurlarının sadələşdirilməsinin uğurlu nümunəsi kimi dəyərləndirib.

Şahbaz Şərif bildirib ki, yeni mərkəzdə Milli Məlumat Bazası və Qeydiyyat İdarəsi (NADRA), Xarici İşlər Nazirliyi, polis, Federal Vergi İdarəsi və digər dövlət qurumlarının xidmətləri bir məkanda cəmləşdirilib. Bu yanaşma, onun sözlərinə görə, xidmətlərin daha sürətli, şəffaf və vətəndaşlar üçün əlçatan şəkildə göstərilməsinə imkan yaradır.

Baş nazir həmçinin qeyd edib ki, Pakistan "ASAN xidmət" mərkəzində çalışan əməkdaşlar Azərbaycanlı mütəxəssislərin iştirakı ilə xüsusi təlim proqramlarından keçiblər. O vurğulayıb ki, nəzakət, peşəkarlıq və insanlara səmimi yanaşma dövlət xidmətlərində əsas prinsip olmalıdır.

Son xəbərlər