Sadır Japarov: Qırğızıstan TÜRKSOY-da islahatların keçirilməsini dəstəkləyir
Qırğızıstan TÜRKSOY-da islahatların keçirilməsini dəstəkləyir.
BAKU.WS xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə görüşündə danışıb.
O əlavə edib ki, Türk dünyasında ortaq hədəflərə çatmaq üçün yenilik vacibdir.
Qırğızıstan Prezidenti daha sonra 30 noyabrda ölkəsində parlament seçkilərinin keçiriləcəyini və Türk dövlətlərindən müşahidəçi gözlədiklərini diqqətə çatdırıb.
O, həmçinin 2026-cı ildə Qırğızıstanda keçiriləcək 6-cı Dünya Köçəri Oyunlarının böyük əhəmiyyət daşıdığını qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan QHT-lərindən Nyu-York merinə açıq məktub: "Milyonlarla insanın hisslərinə toxunmusunuz"
Azərbaycanın bir qrup QHT nümayəndəsi "X" platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü v...