Sabah Milli Məclisin növbədəkənar sessiyasının plenar iclası keçiriləcək

08
iyl
2019
09:18
Sabah - iyulun 9-da Milli Məclisin növbədəkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.BAKU.WS “Report”a istinadən xəbər verir ki, iclasın gündəliyinə 38 məsələ daxildir.Bunlar "Məhkəmələr və hakimlər haqqında", "Dövlət rüsumu haqqında", "Əmək pensiyaları haqqında", "Yol hərəkəti haqqında", “Dövlət satınalmaları haqqında” qanunlara, o cümlədən Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir. Dəyişiklik layihələri 2-ci və 3-cü oxunuşda müzakirə olunacaq.Bundan başqa, deputatlar "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə də baxacaqlar.
Oxşar xəbərlər
Deputatlar bu gün növbədənkənar iclasa toplaşır - Gündəlikdə 36 məsələ var
Bu gün Milli Məclisin növbədənkənar iki günlük plenar iclası başlayacaq.BAKU.WS xəbər verir ki, bu gün deputatlar "Azərbaycan Respublikasının İnsan hüquqları üz...
