Sabah Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şafer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə videobağlantı formatında görüşü baş tutub.
BAKU.WS xəbər verir ki, görüşdə tərəflər hazırda COVID-19 pandemiyası ilə mübarizə aparıldığı bir vaxtda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin irəli aparılması yollarını müzakirə ediblər. Mövcud vəziyyətin sülh danışıqlarının davam etdirilməsinə maneə olmamasının vacibliyi vurğulanıb.
Tərəflər cari il aprelin 21-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə görüşünün keçirilməsini razılaşdırıblar.
Oxşar xəbərlər
Azərbaycan XİN 2019-cu ilin yekunlarına dair hesabatı açıqlayıb
Azərbaycanın Xarici İşlər Nazirliyi 2019-cu ilin yekunlarına dair hazırladığı hesabatı açıqlayıb. BAKU.WS XİN-ə istinadən hesabatda təqdim edir: "Ötən 2019-cu i...