Saakaşvili: "Ölüm ayağındayam"

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili xəstəxanada ölüm ayağındadır.
BAKU.WS-in xəbərinə görə, bunu eks prezident Britaniyanın "Sky News" telekanalına müsahibəsində bildirib.
Jurnalistlərin xəstəxanaya buraxılmadığı, lakin onların suallarının vəkil vasitəsilə çatdıra bildirildiyi və yazılı cavablar alındığı qeyd edilir.
"Əvvəlcə 120 kiloqram çəkim var idi. İndi isə 64. Yaşım 60-dan azdır. Həkimlər orqan çatışmazlığını proqnozlaşdırırlar. Mən daim yataqdayam, sümüklərim parçalanır və bu, dözülməz ağrılara səbəb olur. Ölüm ayağındayam", - deyə Saakaşvili bildirib.
Saakaşvilinin vəkili Şalva Xaçapuridze onun bu sözlərini təsdiqləyib.
Xatırladaq ki, Gürcüstanın keçmiş prezidentinin səhhətində ciddi problemlər 2021-ci ilin noyabrında hakimiyyət tərəfindən saxlanmasına etiraz olaraq iki aya yaxın aclıq aksiyası keçirməsi ilə başlayıb. Aclıq aksiyası bitdikdən sonra Saakaşvili sağalmağa başlasa da, yenidən səhhəti pisləşib.
Oxşar xəbərlər
Saakaşvilinin azadlığa buraxılması ilə bağlı yeni dinləmə yanvarın 11-nə təyin edilib
Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin səhhətinə görə azadlığa buraxılması ilə bağlı vəsatətə baxan Tbilisi şəhər məhkəməsinin növbəti iclası yanvarın...
