Saaakaşvilinin partiyasının deputatları parlament mandatlarından məhrum edilə bilər

Saaakaşvilinin partiyasının deputatları parlament mandatlarından məhrum edilə bilər
Siyasət 26

Gürcüstan parlamentinin müxalifətdən olan və eks-prezident Mixail Saakaşvili tərəfindən qurulan “Vahid Milli Hərəkat” partiyasının deputatları siyasi birliyin qeyri-konstitusion elan edilməsindən sonra parlament mandatlarından məhrum ediləcəklər.

Bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze bildirib.

“Mandatları yalnız Konstitusiya Məhkəməsi ləğv edə bilər. Bu, bizim konstitusiyaya əsaslanır. Fikrimcə, mandatların ləğvi partiyanın qadağan edilməsinin məntiqi davamı olardı. Cinayətkar partiyanın nümayəndələrinin Gürcüstan parlamenti üzvü statusundan istifadə etməsi yolverilməzdir”, - deyə Kobaxidze əlavə edib.

Gürcüstanın Baş naziri qeyd edib ki, Saakaşvilinin partiyasının qeyri-konstitusion elan edilməsi ölkədə siyasi sabitlik üçün zəruridir.

Hakim partiya 20 avqustdakı bəyanatında açıqlayıb ki, yaxınlaşan parlament seçkilərində qələbə qazanacağı və qanunverici orqanda konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə, “Vahid Milli Hərəkat” partiyasını qeyri-konstitusion elan edəcək.

Parlament seçkiləri Gürcüstanda 26 oktyabrda keçiriləcək. Hakim partiya “Gürcü Arzusu - Demokratik Gürcüstan” liderlərinin sözlərinə görə, partiyanın reytinqi təxminən 60%-dir və bir çox müxalif partiyalar parlamentə keçmək üçün 5% səddini aşa bilməyəcək. Bəzi kiçik müxalif partiyalar artıq seçkilərdən əvvəl daha böyük partiyalarla - “Lelo”, “Gürcüstan üçün” və “Yeni” partiyaları ilə birləşdiklərini açıqlayıblar ki, bu da onlara parlamentə daxil olmağa kömək edə bilər. Parlamentdə konstitusiya çoxluğu minimum 150 yerdən 113 mandatdır.

Son xəbərlər