“Russia Today”in jurnalisti Krımda poliqonda ölüb

28
okt
2022
19:42
“Russia Today” media qrupunun regional bölməsinin rəhbəri Svetlana Babayeva Krımda hərbi idman atıcılığı ilə təlimlərin keçirildiyi poliqonlardan birində baş vermiş qəza nəticəsində ölüb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Media Holdinqin mətbuat xidməti məlumat yayıb.
“Kor güllə… Sveta, onun enerjisi və həvəsi üçün hamımız çox darıxacağıq…”, - mətbuat xidməti RT-nin baş direktoru Dmitri Kiselyovdan sitat gətirib.
Qeyd edək ki, S.Babayeva 2019-cu ildən RT-nin Krımdakı bölməsinə rəhbərlik edirdi.
Oxşar xəbərlər
Kanada Rusiyanın 34 məşhur şəxsinə qarşı sanksiya tətbiq etdi
Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib. BAKU.WS xarici mediaya istinadla xəbər verir ki, siyahıya 34 nəfər və "Zvezda" telekanalı daxildir. Onlar ara...
