Rusiyanın Ukraynada verdiyi itkilər AÇIQLANDI - SON RƏQƏMLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.
BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, indiyədək 12 000-dən çox hərbçi zərərsizləşdirilib.
Rusiya ordusunun 49 təyyarə, 81 helikopter, 335 tank, 1 105 zirehli döyüş maşını, 123 artilleriya qurğusu, 29 hava hücumundan müdafiə sistemi, 56 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 7 PUA, 3 qayıq, 526 avtomobil texnikası məhv edilib.
“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Ruslar Ukraynada nə qədər itki verib? - YENİ RƏQƏMLƏR
Rusiya ordusunun Ukrayna ərazisindəki ümumi döyüş itkiləri martın 8-nə olan məlumata görə, təxminən 12 min nəfər təşkil edib. “Report” “İnterfaks”a istinadən xə...