Rusiyanın keçmiş dövlət katibi Bakıda vəfat etdi

Rusiyanın keçmiş dövlət katibi Bakıda vəfat etdi
Siyasət 234

1991-1992-ci illərdə Rusiyanın dövlət katibi və baş nazirin birinci müavini olmuş Gennadi Burbulis 77 yaşında vəfat edib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə TASS-a keçmiş dövlət katibinin qardaşı qızı Yuliya Burbulis məlumat verib.

Onun sözlərinə görə, G.Burbulis Bakıda dünyasını dəyişib.

Gennadi Burbulis 4 avqust 1945-ci ildə anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumət başçısının birinci müavini vəzifəsində çalışıb, Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin ən yaxın adamı olub. O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejsk sazişinin hazırlanmasında iştirak edənlərdən biri olub.

Oxşar xəbərlər

Atəşkəsi qoruya bilməyən sülhməramlı - Volskinin davamçısı Volkov

Atəşkəsi qoruya bilməyən sülhməramlı - Volskinin davamçısı Volkov

Ermənistanın 44 günlük müharibədə təslim olması sülhməramlıların Azərbaycan ərazisinə yerləşdirilməsi ilə başa çatdı. Məlum 10 noyabr bəyanatının 3, 4 və 5-ci m...

281 Siyasət 14:22 07 mart 2022

Son xəbərlər