“Rusiyanın itkiləri Ukraynanınkından 10 dəfə azdır” - Putin müharibədən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiyanın itkiləri Ukraynanın itkilərindən 10 dəfə azdır”.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu sözləri, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Rusiya-Afrika İqtisadi və Humanitar Forumu çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələri son hücumu nəticəsində 200-dən çox hərbçisini itirib.
Putin həmçinin son günlərdə döyüşlərin intensivləşdiyini də vurğulayıb:
Onun sözlərinə görə, Ukrayna ordusunun əsas zərbələri Zaporojye vilayəti istiqamətindədir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna ordusu isə bu il iyunun əvvəlində əks-hücum əməliyyatına keçib.
Oxşar xəbərlər
Restoran sahibliyindən hərbi liderliyə - “Vaqner”in üsyankar rəhbəri PRİQOJİN KİMDİR?
Rusiya prezidenti Vladimir Putinin “şefi” kimi tanınan və Rusiya administrasiyasına qarşı üsyana başlayan “Vaqner”in qurucusu Yevgeni Priqojin bir çox ölkədə fə...