Rusiyanın hərbi müxbiri Andrey Morozov intihar edib

Rusiyanın hərbi müxbiri Andrey Morozov intihar edib
Siyasət 3

Fevralın 21-də Rusiya hərbi zabitləri 2014-cü ildən Donbassda döyüş əməliyyatlarının iştirakçısı, qondarma "DXR"nin keçmiş müdafiə naziri İqor Strelkovun müttəfiqi Andrey Morozovun intiharı barədə məlumat veriblər.

Rusiyalı hərbi müxbir son paylaşımında da intihar etmək niyyətindən yazıb.

Morozovun ölümünü onun dostu, könüllü Vladimir Qrubnik də təsdiqləyib: "Artıq dostum Andrey Morozov yoxdur".

"Dva mayora" kanalı isə yazıb ki, Morozov cəbhədəki vəziyyətin işıqlandırılması ilə bağlı rəhbərliklə münaqişə yaşayıb: “Media qalmaqalından sonra komandanlıq ona zəng edib. Bu gün dostları onun öldüyünü bildiriblər”.

Morozov "Bizə Yaninadan yazırlar" teleqram kanalının müəllifi idi. O, fevralın 21-də səhər dərc etdiyi son yazısında qeyd edib ki, rəhbərlik onu teleqram kanalından Avdeyevka uğrunda döyüşlərdə itkilər və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin əsgərləri mühasirədən çıxarmağı bacarması barədə paylaşımı silməyə məcbur edib.

Son xəbərlər