Rusiyanın daha bir vilayətində niqab qadağan edilir
Novosibirsk vilayətində niqaba qadağa qoyula bilər.
BAKU.WS xəbər verir ki, Berdsk şəhərinin Deputatlar Şurasının üzvü Firuz Xasanov “VKontakte” sosial şəbəkəsində belə bir təkliflə regionun rəhbəri Andrey Travnikova müraciət edib.
Deputat təşəbbüsü terror təhlükələrinin yüksək səviyyədə olması ilə əsaslandırıb və bunu zəruri və əsaslı adlandırıb. O bildirib ki, niqab xüsusilə qadağan olunmuş əşyaların daşınması üçün istifadə oluna bilər.
Xasanov həmçinin miqrasiya sahəsində yeni tədbirlərin hazırlanmasında iştirak etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, mövcud vəziyyət dövlət tərəfindən radikal qərarlar tələb edir.
Xasanovun təklifi müsbət qiymətləndirilsə, Novosibirsk vilayəti Rusiyanın niqab qadağasının tətbiq olunacağı üçüncü regionu ola bilər. İyulun 3-də Dağıstan Müftiliyi niqab taxmağı qadağan edib. Ertəsi gün analoji məhdudiyyət Qaraçay-Çərkəzdə də tətbiq edilib.
Oxşar xəbərlər
Rusiyada niqab qadağan ediləcək? - AÇIQLAMA
Kremldə niqab qadağası ilə bağlı müzakirə aparılmır. BAKU.WS RBC-ya istinadən xəbər verir ki, bunu, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib....