Rusiyanın bu şəhərində FHN əməkdaşları kütləvi şəkildə işdən çıxırlar
06
may
2024
11:01
Rusiyanın Perm vilayətində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları kütləvi şəkildə işdən çıxmaq barədə ərizə yazıblar.
Bu barədə "İzvestiya" nərşi yazıb.
FHN əməkdaşları işdən çıxmalarına əsas kimi maaşların azlığını və ağır iş şəraitini göstəriblər.
2024-cü ilin əvvəlindən, 17 nəfər Dobryanka şəhərindəki 115 saylı yanğınsöndürmə məntəqəsini tərk edib.
İşdən çıxan əməkdaşlardan biri deyib ki, maaşları ayda 32 min rubl (592 AZN) təşkil edir və sonuncu dəfə dörd il əvvəl indeksləşdirilib.
Oxşar xəbərlər
Avropa paytaxtlarında etiraz və xaos: Fransa liderdir
Avropa ölkələrində artan yaşayış xərcləri qarşısında maaşların artırılması, iş və təqaüd şəraitinin yaxşılaşdırılması, dövlət xidmətlərindən istifadənin asanlaş...