Rusiyanın 9 regionuna XƏBƏRDARLIQ edildi

Rusiyanın 9 regionuna XƏBƏRDARLIQ edildi
Siyasət 203

Avqustun 25-dək Rusiyanın 9 regionunda anomal yüksək temperatur gözlənilir.

BAKU.WS xəbər verir ki, Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand qarşıdan gələn istilərlə bağlı xəbərdarlıq edib.

“Çərşənbə günündən bazar gününə kimi Mərkəzi Federal Dairəsinin rayonlarında: Oryol, Bryansk, Lipetsk, Tambov, Kursk, Belqorod, Voronejdə temperaturun normadan 6-9 dərəcə yüksək olacağı gözlənilir”, - sinoptik bildirib.

Bu rayonlarda havanın temperaturu 30-35 dərəcəyədək yüksələcək.

Bildirilib ki, Moskvada isti avqustun sonunda 30 dərəcəyə çata bilər

Murmansk vilayətində də anomal yüksək temperatur gözlənilir - orada hava selsi üzrə müsbət 21-24 dərəcə isti olacaq ki, bu da iqlim normasından 5-7 dərəcə yüksəkdir. İstilik Yakutiyaya da gələcək - orada müsbət 24-28 dərəcə isti gözlənilir (normaldan 5-8 dərəcə yuxarı).

Son xəbərlər