Rusiyanın 13 hava hədəfi vuruldu - SON İTKİLƏR
10
apr
2022
13:15
Aprelin 9-da Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna məxsus 13 hava hədəfini vurub.
BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, sutka ərzində Rusiyanın 3 təyyarəsi, 1 helikopteri, 5 PUA-sı və 4 qanadlı raketi məhv edilib.
Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bu günə kimi Rusiya tərəfi 19 300 nəfərə yaxın hərbçisini itirib. Həmçinin məhv edilən zirehli texnikanın sayı 2 000-ə yaxınlaşır.
Oxşar xəbərlər
Rusiyanın Ukraynada daha 2 qırıcı və 3 helikopteri VURULDU
Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun Mikolayevsk və Sumı vilayətlərində bir neçə texnika karvanını məhv edib. BAKU.WS xəbər verir ki,...