Rusiyalı senator İlyas Umaxanov Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Federasiyasının senatoru İlyas Umaxanov Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir: “Möhtərəm İlham Heydər oğlu.
Əlamətdar yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Bütün dünyada Sizi görkəmli dövlət xadimi, dahi atanızın işinin mərd, müdrik və layiqli davamçısı kimi qəbul edirlər.
Qardaş Azərbaycan xalqı üçün Siz Azərbaycan Respublikasının illər boyu fasiləsiz inkişafını, beynəlxalq aləmdə onun nüfuzunun möhkəmlənməsini təmin edən tanınmış lidersiniz. Ölkənin ərazi bütövlüyünün və birliyinin təmin edilməsi həmişəlik Sizin adınızla bağlı olacaq. Mən fəxr edirəm ki, uzun illərdir bizi bir-birimizə dostluq və qarşılıqlı hörmət telləri, atalarımızın vəsiyyətləri bağlayır.
Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, sevinc, dostcasına ünsiyyət, əla əhval-ruhiyyə və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Əminəm ki, Rusiyanı və qardaş Azərbaycanı birləşdirən sıx, qarşılıqlı faydalı iqtisadi və humanitar əlaqələr bundan sonra da inkişaf edəcək.
Sizə və yaxınlarınıza əmin-amanlıq diləyirəm”.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...