Rusiyalı politoloq: “Müharibəni Paşinyan yox, Ermənistan uduzub”
Yeniliklərdən dərhal xəbərdar olun
“Müharibəni Paşinyan və Paşinyanın arvadı uduzmayıb. Müharibəni bir dövlət olaraq Ermənistan – onun ideologiyası, ordusu, iqtisadiyyatı, siyasi sistemi uduzub. Müharibəni Erməni diasporu uduzub”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko teleqram kanalında deyib.
“ABŞ-dakı erməni diasporu Paşinyanın arvadına qarşı qarayaxma kampaniyası həyata keçirib. Onların müharibə dövründə İrəvanın maraqları üçün lobbiçiliyi təmin etmək cəhdi uğursuz olub və indi uğursuzluqlarını Anna Akopyanın üzərinə yıxmağa çalışırlar. Onlarda hər bir problemdə həmişə kimsə günahkardır”, - Korotçenko bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...