Rusiyalı nazir koronavirusa yoluxmuş çinlinin yanına belə girdi - VİDEO

Rusiyalı nazir koronavirusa yoluxmuş çinlinin yanına belə girdi - VİDEO
Video
Siyasət 593

Rusiyanın Zabaykalsk bölgəsinin səhiyyə naziri Valeriy Kojevnikov koronavirus xəstəliyinə yoluxmuş Çin vətəndaşına karantinə alınmış yerdə baş çəkərkən xizək maskasından istifadə edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Qovorit Moskva" radiostansiyası məlumat yayıb.

Valeriy Kojevnikov virusa yoluxmuş xəstəni fevralın 3-də ziyarət edib. Nazir şəxsən çinlini müayinə edib, ciyərlərinin təmizliyinə və qənaətbəxş vəziyyətinə diqqət yetirib.

O, əlavə edib ki, öskürək şəklində hələ də virusun simptomları qalmaqdadır.

Son xəbərlər