Qazaxıstanda koronavirusa yoluxma ehtimalına görə 54 nəfər xəstəxanaya yerləşdirilib
31
yan
2020
00:33
Qazaxıstanda koronavirusa yoluxma ehtimalı səbəbindən 54 nəfər xəstəxanaya yerləşdirilib. Ölkənin səhiyyə naziri Yeljan Birtanov məlumat verib ki, koronavirusla mübarizəyə hökumətin ehtiyat fondundan 1,5 milyard tenge ayrılıb. Səhiyyə naziri vətəndaşlardan koronavirusa qarşı əsassız şayiələr yaymamağı xahiş edib.
BAKU.WS xəbər verir ki, ayrılan vəsait əlavə tibbi maskalar və vasitələrin alınması üçün istifadə ediləcək.
Çindən gələn Qazaxıstan vətəndaşları iki həftə ərzində karantində olacaqlar. Onlar xüsusi müəyyən olunan tibb ocağında müayinə ediləcəklər.
Oxşar xəbərlər
Dünyanı qorxuya salan dəhşətli virus daha bir ölkəyə çatdı
ABŞ, Avropa və Asiyanın bəzi ölkələrindən sonra Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də koronavirusa yoluxma halları aşkarlanıb. BAKU.WS xəbər verir ki, bu barəd...