Rusiyalı milyarderin Moskvadakı evini "soyub"lar
27
avq
2019
17:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyada ən çoxuşaqlı milyarder adını qazanmış Roman Avdeyevin oğlunun evini qarət ediblər. BAKU.WS xəbər verir ki, bu barədə "Komsomolskaya Pravda" qəzeti yazıb. Nəşrin yazdığına əsasən, 23 yaşlı Anton Avdeyev İtaliyada dincələrkən onun evinə soyğunçular daxil olublar. Evdən dəyəri 10 min avro olan "Patek Philippe" saatı, Soçidəki Olimpiadanın simvolunu daşıyan pullar, içində dörd avtomobilin açarı və sənədlər olan seyf aparılıb. Qeyd edək ki, ev sahibinin atası Anton Avdeyev Rusiyada ən zəngin insanlarından biridir.Onun sərvəti 1,7 milyard dollar qiymətləndirilir. Roman Avdeyev dünyada ən çoxuşaqlı milyarder kimi tanınır. 23 övladı olan milyarder bunların 17-sini uşaq evindən götürüb.
Oxşar xəbərlər
Helikopter qəzaya uğradı - Milyarder öldü
Baham adalarında helikopter qəzaya uğrayıb.BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 7 amerikalını Qrand Qrey adasından ABŞ-ın Florida ştatına apa...